Ayətullah Əli Xamenei Putinə ABŞ-a qarşı əməkdaşlıq etməyi təklif etdi

Bizimsesimiz.info // İranın dini lideri Ayətullah Əli Xamenei Rusiya prezidenti Vladimir Putinə Amerika Birləşmiş Ştatlarına qarşı əməkdaşlıq etməyi təklif etdi.

İranın dini lideri Ayətullah Əli Xamenei  paytaxt Tehranda  Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdən bir gün sonra televiziya vasitəsilə xalqa müraciət etdi.

Xamenei müraciətində ABŞ-ın İran xalqının bir nömrəli düşməni olduğunu bildirdi, ölkəsinin Washingtonun 2015-ci ildə imzalanan nüvə müqaviləsinə dair təzyiqinə boyun əyməyəcəyini qeyd etdi.

İranın dini lideri Rusiya prezidenti Putinə də çağırış edərək:”Bizim əməkdaşlığımız nəticəsində ABŞ tək qala bilər” dedi.

Qeyd edək ki, Xamenei ABŞ-ı təcrid etmək və Yaxın Şərqdə sabitliyə nail olmaq üçün iki ölkənin əməkdaşlıq etməli olduğunu iddia edir.