Ayətullah Muhəmməd Təqi Behcətin bəzi tövsiyələri
Bizimsesimiz.info // Ayətullah əl-üzma Muhəmməd Təqi Behcətin bəzi tövsiyələri:
“Bismillahir-Rəhmanir-Rəhim.
Sözünüzü əməllə deyin, əməllə öyrənin, əməllə eşi- din… Bəziləri bizdən dua xahiş edirlər. Soruşuruq ki, niyə? Dərdlərini danışırlar, dərmanını deyirik. Təşəkkür etmək və deyilənləri həyata keçirmək əvəzinə yenə deyirlər: “Dua edin!”
Biz öz vəzifəmizdən azad olmuruq. Əksinə, gərək əməl- dən nəticə çıxaraq. Mümkün deyil ki, əməl nəticəsiz qalsın və nəticə əməldən deyil, başqa bir mənbədən alınsın.
Çox danışan olmayaq, iş görən olaq. Elmsiz əməl etməyək. Elmlə hərəkət edək və elmlə duraq. Bildiyimizi yerinə yetirək, bilmədiklərimiz barəsində isə bilənə kimi ehtiyat edib duraq. Bu yol heç zaman peşmançılıq gətirməz.
Bir-birimizə baxmayaq, şəriətə baxaq, ona uyğun əməl edək və ona uyğun tərk edək.
Hamı bilir ki, gərək risaləyə baxsınlar, oxusunlar, anla- sınlar, öz əməllərini ona uyğun etsinlər, halal və haramı onun vasitəsi ilə ayırsınlar. Bunu etmək əvəzinə belə söy- ləmək olmaz: “Biz bilmirik ki, nəyi edək, nəyi etməyək”.
İnandığınız adamların əməllərinə baxın. Onların etdik- lərini siz də özünüz istəyərək edin. Onların etmədiklərini siz də öz ixtiyarınızla etməyin. Bu, ülvi məqsədlərə yetiş- məyin ən yaxşı yollarından biridir.
Hər gün Quran tilavət etmək, namazlardan sonra, eləcə də, başqa vaxtlarda münasib zaman və məkanlara uyğun dualar oxumaq, məscidlərdə və müqəddəs məkanlarda çox qalmaq, alimləri və əməlisaleh bəndələri ziyarət etmək, onlarla durub-oturmaq Allahın və Peyğəmbərin razı qaldığı əməllərdəndir. Gün-gündən bəsirəti artırmağa, ibadət, tila- vət və ziyarətlə ünsiyyəti çoxaltmağa çalışmaq lazımdır”.
(“İrfan əlifbası: ariflərdən öyüdlər” kitabından) İslam.az