Bizimsesimiz.info  // İraqın nüfuzlu din xadimi Ayətullah Seyid Əli Sistaninin ofisi ölkədə keçirilməsi planlaşdırılan parlament seçkiləri barədə bəyanat yayıb.

Bəyanatda seçkilərdə iştirakın zərurəti vurğulanıb.

Bildirilib ki, xalq seçkilərə qatılmalı və doğru namizədlərə səs verərək, onların xalqın xidmətində durmasına səbəb olmalıdır.

“Qarşımızdakı parlament seçkiləri çox vacibdir. Seçkilərə qatılmayanlar gələcəklərini təyin etmə fürsətini başqalarına vermiş olacaqlar. İraqın hazırda iqtisadi və siyasi cəhətdən çətin dövrdən keçdiyini heç kim inkar edə bilməz. Seçici aktivliyi seçki dəyişiklini də özü ilə gətirəcək. İraq xalqından namizədlərə səs verməzdən əvvəl onların keçmişi və ədalətli olmaqları barədə araşdırma aparmalarını istəyirik. İraq xalqından qəbilə anlayışını kənara atmalarını və ləyaqət sahibi insanları seçmələrini arzu edirik. Ölkəmizə xeyri olmayacaq şəxslərə səs verməyin”, – deyə bəyanatda qeyd olunub. //eastnews.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here