Azərbaycan- Ermənistan sərhəddində yaranan gərginlik ilə bağlı Doğru Yol Partiyasının Bəyanatı

Azərbaycan Respublikasının dövlət sərhəddinin Kəlbəcər və Laçın rayonları istiqamətindəki yüksəklikləri ələ keçirmək məqsədilə Ermənistanın hərbi birləşmələri 16 noyabr 2021-ci il tarixdə xaincəsinə qəfil hücuma keçmişdir. Düşmən ordusunun Azərbaycan ordusuna mənsub olan postlarını müxtəlif çaplı atıcı silahlar ilə intensiv atəşə tutması nəticəsində iki hərbi qulluqçumuz yaralanıb.

16 Noyabr tarixində baş verən hərbi toqquşmanı 10 Noyabr 2020-ci il tarixində üç dövlət arasında imzalanmış müqavilənin Ermənistan tərəfindən pozmağa cəhd hesab edir və dövlət sərhədlərimizin qorunması, tarixi ədalətin bərpası üçün Azərbaycan ordusunun əks hücumlarını dəstəkləyir ordumuzun yanında olduğumuzu bəyan edirik.

Hal hazırda vəziyyət gərgin olaraq qalır. Doğru Yol Partiyası olaraq baş verən hadisələrə görə bütün məsuliyyətin Ermənistanın üzərində olduğunu bildirir və işğalçı siyasətinə son qoyub təcavüzkar əməllərindən əl çəkməyə və 10 Noyabr müqaviləsinin tələblərini yerinə yetirməyə çağırırıq.

Doğru Yol Partiyası Azərbaycan ordusunun haqq işini dəstəkləyir .

Bakı 16.11.2021-ci il

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here