“Azərbaycan” futbol komandası “Kareliya kişi oyunları” idman festivalında 1-ci yeri tutub-FOTOLAR
Rusiyanın Kareliya Respublikasında Pryajin rayonunun Essoyla qəsəbəsində keçirilən “Kareliya kişi oyunları”nda milli komandalar arasında rayonlararsı mini-futbol yarışında “Odlar Yurdu”- “Azərbaycanlıların milli mədəniyyəti cəmiyyəti”nin “Azərbaycan” yığma komandası 1-ci yeri tutub.
Turnirin təşkilatçısı qismində “Nyorus Vyaqi”(Gənclik və qüvvə)- gənclərə yerli xalqlara dəstək yerli içtimai təşkilat çıxış edib.
Ümumrusiya “Sağlamlaşdıran idman –hər bir aliləyə!” aksiyası çərçivəsində “Ümumrusiya bədən tərbiyəsi”gününə həsr olunmuş idman və bədən tərbiyəsi tədbirləri bütün Kareliyada keçirilib.
“Odlar Yurdu”- “Azərbaycanlıların milli mədəniyyəti cəmiyyəti”nin Kareliya regional ictimai təşkilatının aktivistləri də bu tədbirlərdə ən aktiv iştirak edənlərdən oldu.
“Azərbaycan” futbol komandası milli ictimai təşkilatları təmsil edən , rayonun,şəhərin,qəsəbələrin idman komandaları arasında turnirdə 1- ci yeri tutdu və əsas kuboku qazandı.Əsas priz isə futbol topu idi.Bundan başqa komanda “Nyorus Vyaqi” təşkilatı tərəfindən “Fəxri Fərman”la təltif olundu.
“Odlar Yurdu”- “Azərbaycanlıların milli mədəniyyəti cəmiyyəti”nin Kareliya regional ictimai təşkilatının sədri Akif Quliyev yarışla bağlı bunları bildirdi :
“Biz Kareliyada keçirilən bir çox idman yarışlarında uğurla çıxış edən öz futbol komandamız ilə fəxr edirik.
Bizim qəhrəmanlarımızın adını çəkmək istəyirəm.Bunlar məşqçi Kərim Həsənov və onun yetirmələri ,komandanın kapitanı Loğman Əhmədov,qapıçı Məmmədov Anar və oyunçular:Fərid Səfərli,Zəki Əkbərov,Elnur Bayramov,Renat Hüseynov,Ziyadxan Ömərov,Məmmədov Rəsuldur.
Onlar Kareliya azərbaycalılarını layiqli təmsil edirlər və biz onlara ürəklə azarkeşlik edirik.Bu uşaqlar öz həmyerlilərinə yaxşı nümunə göstərirlər.
Biz ümid edirik ki,gələcəkdə Kareliyanın azərbaycanlı icmasının aktiv üzvləri digər idman növlərində də iştirak edəcək və yaxşı nəticələr göstərəcək”.
Biz nəzərə almalıyıq ki,belə tədbirlər ilk növbədə sağlam və aktiv həyat tərzinin təbliğatına xidmət edir.Buna görə də bu cür tədbirləri alqışlamaq və dəstəkləmək lazımdır.”
Ailetravel.net