Bizimsesimiz.info // Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 16-da bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaia ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə həyata keçirilən səmərəli əməkdaşlıq təcrübəsini müzakirə edən tərəflər münasibətlərin bölgədə təhlükəsizliyin təmin olunmasına zəmin yaratdığını xüsusi vurğulayıblar.

Görüşdə, həmçinin Silahlı Qüvvələrin rəhbər heyətlərinin qarşılıqlı səfərlərinin, o cümlədən hərbi mütəxəssislərin görüşlərinin təşkili və keçirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafına və yeni fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə fayda verəcəyi bildirilib.

Tərəflər Gürcüstanın da iştirakı ilə üçtərəfli və ikitərəfli formatda birgə təlimlərin keçirilməsinin Silahlı Qüvvələrimizin bölmələri arasında əməliyyat uzlaşmasının əldə olunmasına və regional təhlükəsizliyə töhfə verəcəyinə əminlik ifadə ediblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here