Azərbaycan milli komandasının futbolçusu “Aue”yə ilk xalı qazandırdı
Bizimsesimiz.info // Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov Almaniyanın II Bundesliqasında çıxış edən “Aue”yə yeni mövsümdə ilk xalı qazandırıb.
27 yaşlı hücumçu III turun “Braunşveyq”lə səfər görüşündə fərqlənib.
O, 24-cü dəqiqədə hesabı açıb. Lakin “Aue” 2 dəqiqə sonra qapısından top buraxıb. Nəticədə Nazarovun komandası 1 xalla kifayətlənməli olub.
Bununla da “Aue” 1 xalla 14-cü pilləyə yüksəlib. 5 xala malik “Braunşveyq” isə 5-ci pillədədir.(report)