Azərbaycan uzaqmənzilli raket istehsalına çalışır
Bizimsesimiz.info //Azərbaycanın müdafiə sənayesi nazirinin müavini deyib: Azərbaycan uzaq mənzilli raket istehsal etməyi nəzərdə tutub.
Azvision internet portalının məlumatına görə, Azərbaycan müdafiə sənayesi nazirinin müavini Azər Məmmədov çərşənbə axşamı günü uzaqmənzilli raketin 2020-ci ilə qədər istehsal olunacağını deyib: Azərbaycan öz ordusunu yeni silahlarla təchiz etməklə paralel olaraq böyük həcmdə silah və sursat istehsalı istiqamətində çalışır.
Azər Məmmədov əlavə edib: Azərbaycan İsrail ilə birgə istehsal etdiyi Harup pilotsuz uçan aparatdan da istifadə edir.