Azərbaycan və Avropa İttıfaqı: əlaqələr, problemlər
Bizimsesimiz.info // Azərbaycan Avropa İttifaqı ilə çoxtərəfli əməkdaşlığa və tərəfdaşlığa böyük önəm verir. 2004-cü ildə Avropa Şurası Avropanın şərq və cənubunda yerləşən 16 qonşu ölkə arasındakı siyasi, iqtisadi və təhlükəsizlik münasibətlərini formalaşdıran Avropa Qonşuluq Siyasəti konseptinə Azərbaycanı da daxil etdi. 2009-cu ildə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova ilə ikitərəfli əməkdaşlığı gücləndirmək və Avropa Qonşuluq Siyasəti çərçivəsində çoxtərəfli əməkdaşlığı davam etdirmək üçün Avropa İttifaqının Şərq Tərəfdaşlığı Təşəbbüsü başlandı.
Hazırda Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2016-cı il hesabatına görə, İttifaqın Azərbaycanla ümumi ticarətindəki payı 34,93 faiz, yəni 6,17 milyard dollardır.
Avropa İttifaqının Azərbaycanın ümumi ixracatında yüksək, idxalında isə aşağı paya malik olması Azərbaycanın İttifaqla ticarətinin artdığı anlamına gəlir. (2016-cı ildə Azərbaycanın İttifaqdan gələn ticarət gəliri 1,73 – 2,11 milyard arası dollar olub.) Azərbaycan ixracının 82 (81,99) faizini təşkil edən neft və qaz hasilatının təxminən 30 faizini Avropa İttifaqı alır.
Avropa İttifaqı Azərbaycanın mühüm ticarət tərəfdaşı olduğu üçün rəsmi Bakı onunla iqtisadi münasibətlərinin daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir.
Neft və qaz Azərbaycanın ən çox ixrac etdiyi məhsullar olduğundan ölkənin Avropa İttifaqı ilə olan ticarəti dünyanın neft qiymətlərinə də bağlıdır. Məsələn, 2014-cü ilin ortalarından etibarən qlobal neft qiymətlərinin kəskin azalması iki tərəf arasında ticarət dövriyyəsini 2014-cü ildə 13,89 milyard dollar ikən, 2016-cı ildə 6,17 milyarda saldı. Ona göğrə də neft qiymətlərinin aşağı səviyyədə davam etməsi Azərbaycanla Avropa İttifaqı arasında ticarət həcmini sabit saxlayıb.
Digər tərəfdən, başlanğıcından bu yana 10 ildən artıqdır ki, Avropa İttifaqı Qonşuluq Siyasəti çərçivəsində digər qonşularla olduğu kimi problemlərin oxşarını Azərbaycana da yaşadır. Azərbaycan Avropa İttifaqına perspektivli üzvlük haqqı tədqim edə, demokratik islahatları təminetmə hədəflərinə çata bilmir. Bununçün Avropa İttifaqı ölkədə ən azı özünün enerji tədarük təhlükəsizliyinə görə ölkələrlə münasibətlərində münaqişələrin həlli məsələsində fəal rol oynamalıdır. Azərbaycan Avropa İttifaqından ikitərəfli əlaqələri inkişaf etdirməkdən daha çox Qonşuluq Siyasəti çərçivəsində Dağlıq Qarabağ münaqişəsində tərəfsiz rol oynamasını istəyir və gözləyir. Bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Bu həqiqət İttifaqla hər cür iqtisadi əməkdaşlıq və investisiya məsələdində böyük maneə yaradır.
Gürcüstan münaqişəsində olduğu kimi, Avropa İttifaqı Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləməlidir, amma bu dəstək son dərəcə zəifdir. İttifaq Azərbaycanla münasibətlərində daim etibarlı və yaxın tərəfdaş olduğunu dilə gətirsə də, Dağlıq Qarabağ problemi məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlar versə də, söz və yazılar konkret addımlara çevrilmir. Buna görə həll mexanizmi kimi qurduğu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı – ATƏT-in Minsk qrupu fəal olmalıdır.
2012-ci ilin mart ayında Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi ATƏT-in Dağlıq Qarabağ probleminin həlliylə bağlı Minsk Qrupunda Fransanın yerinə Avropa İttifaqının olmasını təklif etdi. Amma üzv ölkələrin öz milli siyasətlərini İttifaq maraqlarından üstün tutmaları üzündən Dağlıq Qarabağ probleminin həlli hərəkətsiz qalıb. Görünür, Avropa İttifaqı xarici siyasətdə təsirli oynamaq üçün əvvəlcə öz daxili problemlərini təhlil edərək yoluna qoymalıdır. İkitərəfli və regional platformada nə qədər geniş siyasət yürütməyə çalışsa da, münaqişələrin həllində sözü keçmədiyi müddət boyu Avropa İttifaqı strateji təsirə malik deyil.
Bütün bunlarla belə, Azərbaycan – Avropa İttifaqı əlaqələri Türkiyə üçün də çox əhəmiyyətlidir. Türkiyə və Azərbaycan bir-birini “tək millət, iki dövlət” olaraq adlandırır. Bu səbəbdən Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri birbaşa Türkiyə – Avropa İttifaqı əlaqələrinə də təsir edəcəkdir. // Mətnin müəllifi Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek
canadian pharmacy cialis 20mg I m wondering too as to whether I should just stick to Clomid and not do injectables due to fear of multiples