2017-ci ilin yanvar-oktyabr aylarında Gürcüstana 6,4 milyon əcnəbi səfər edib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur. Novator.az-ın məlumatına görə, Gürcüstan Milli Turizm Administrasiyası noyabrın 3-də belə hesabat yayıb.

Rəsmi açıqlamaya əsasən, 10 ayda Gürcüstana 3 milyon turist gəlib. Bu, ötən ilin göstəricisini 28% ötür.

Yanvar-oktyabr aylarında Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 10,8% artıb. Rusiya vətəndaşları üzrə 33,3%, Ermənistan vətəndaşları üzrə 15,8%, İran vətəndaşları üzrə 122% artım olduğu bildirilir. Türkiyədən gələnlərin sayında isə 4,1% azalma qeydə alınıb.

Hesabata görə, Gürcüstanın ilk yarım ildə xarici turizmdən əldə etdiyi gəlir 2016-cı ilin eyni dövrü ilə müqayisədə 225 milyon dollar (26%) artaraq 1,1 milyard dollara çatıb.

Novator.az bildirir ki, rəsmi hesabata görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2,7 milyon nəfər xarici turist səfər edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here