Azərbaycanda yeni qeydiyyata götürülən alkoqoliklərin sayı artıb.

Trend-in məlumatına görə, 2011-ci ildə 19.765, 2012-ci ildə 21.103, 2013-cü ildə 21.584, 2014-cü ildə 22.278, 2015-ci ildə isə 21.777 nəfər alkoqolik qeydə alındığı halda, 2016-cı ildə onların sayı yenidən 21.909-a, 2017-ci ildə 21.364 yüksəlib.

2014-cü ildə Azərbaycanda 881 nəfər, 2015-ci ildə 619, 2016-cı ildə 555, 2017-ci ildə 618 nəfər alkoqolik kimi yeni qeydiyyata götürülüb. Ölkədə 40 yaşından sonra alkoqolik kimi qeydiyyata götürülənlərin sayı çoxluq təşkil edir.

Son rəsmi məlumatlara əsasən, Azərbaycanda 2017-ci ildə 15-17 yaşlı 1, 18-24 yaşlı 341 (2016-ci ildə 338, 2015-ci ildə 343, 2014-cü ildə 517), 25-29 yaşlı 926 (2016-ci ildə 924, 2015-ci ildə 928, 2014-cü ildə 1240), 30-34 yaşlı 1553 (2016-ci ildə 1638, 2015-ci ildə 1599, 2014-cü ildə 1429), 35-39 yaşlı 1850 (2016-ci ildə 1798, 2015-ci ildə 1660, 2014-cü ildə 1669), 40-44 yaşlı 2686 (2016-ci ildə 2628, 2015-ci ildə 2709, 2014-cü ildə 2583), 45-49 yaşlı 3224 (2016-ci ildə 3165, 2015-ci ildə 3175, 2014-cü ildə 3027), 50-54 yaşlı 3399 (2016-ci ildə 3386, 2015-ci ildə 3347, 2014-cü ildə 3245), 55-59 yaşlı 3383 (2016-ci ildə 3468, 2015-ci ildə 3434, 2014-cü ildə 3374), 60-64 yaşlı 2565 (2016-ci ildə 2861), 65 yaşdan yuxarı 1436 (2016-ci ildə 1713, 2014-cü ildə ümumilikdə 60 yaşdan yuxarı 4582, 2014-cü ildə 5193 ) nəfər alkoqolik olub.

Azərbaycanda alkoqoliklər daha çox kişilərdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here