Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.
Brifinqdə karantinlə bağlı qəbul olunan yeni qararlar elan edilib.
Həmin siyahını təqdim edirik:
– Mayın 31-dən açıq havada tibbi maskadan istifadə ləğv olunur
– Mayın 31-dən “Bakı Metropoliteni” QSC-nin fəaliyyəti bərpa olunur
– Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa olunur
– İyunun 10-dan məscidlər açılır
– İyunun 10-dan “Mall”ar və iri ticarət mərkəzləri açılır
– İyunun 10-dan çimərliklərin fəaliyyəti bərpa edilir
– İyunun 10-dan İdman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə icazə verilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here