50 yaşlı Rəsmiyə Vəliyeva uzun illər ürək xəstəliyindən əziyyət çəkib. Həkimlər ona əməliyyatın riskli olduğunu, 2 ay ömrü qaldığını bildiriblər.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə əməliyyat olunan Vəliyeva ölümün pəncəsindən xilas edilib. Türkiyənin Erzincan vilayətindəki xəstəxanaların birində qadının 3 damarında şuntlama əməliyyatı aparılıb.

Rəsmiyə Vəliyeva bildirib ki, tanışlarının vasitəsilə Türkiyəyə gedib. “Analizlərin nəticələrini Erzincandakı ürək-damar cərrahına göndərdik. Həkim bizi Türkiyəyə dəvət etdi. Əməliyyat edilərək ölümün pəncəsindən xilas oldum”, – Vəliyeva əlavə edib.

Xəstənin bacısı Şəlalə Əhmədova isə bildirib ki, Azərbaycanda yaşama şansının az olduğunu deyəndən sonra xaricdə həkim axtarıblar və Türkiyə həkimlərinə etibar ediblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here