“Azərbaycanda minimum əmək haqqının təyin edilməsi qaydasının dəyişdirilməsinə ehtiyac var”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun fikrincə, Türkiyədə olduğu kimi, minimum əmək haqqını müyyən edən komitə yaradılmalıdır:

“Həmin komitədə işçilərin, işəgötürənlərin, hökumətin təmsilçiləri birgə çalışmalıdır. Türkiyədə ayrıca olaraq hüquqi sənəd də var. Həmin sənəd komitənin çalışması üçün hüquqi əsaslar yaradır, minimum əmlk haqqına ən geci 2 ildə bir dəfə baxılmasını zəruri edir. Yeri gəlmişkən, Azərbaycanda median əmək haqqı, median gəlirlər kimi göstəricilər ümumiyyətlə, hesablanmır”.

Rövşən Ağayeb bildirib ki, Rusiyada yanvarın 1-dən eibarən minimum əmək haqqının müəyyən edilməsinin yeni mexanizmi yaradılıb:

“Minimum əmək haqqı median əmək haqqının 42%-nə bərabər olacaq, buna uyğun olaraq dəyişəcək. Median əmək haqqı orta əmək haqqı deyil. Ən sadə dillə desəm, median əmək haqqı maaş cədvəlinə qol şəkən bütün işçilər ikiyə bölündükdə həmin bölünmə nöqtəsinə düşən məvacibin məbləğidir. Məsələn, Rusiyada hazırda 58 milyon nəfər maaş alan insan var. Median əmək haqqının müəyyən etmək üçün ilk 29 milyon nəfərlə 2-ci 29 milyon nəfərin birləşdiyi nöqtədəki əmək haqqı məbləği median maaş hesab edilir.

 

 

Avropa Sosial Xartiyasının tələbinə görə, minimum maaş median maaşın 60%-dən az olmamalıdır”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here