Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib – 11 apreldə!

Prezident İlham Əliyev prezident seçkilərinin növbədən kənar keçirilməsi ilə bağlı sərəncam verib. 

Bizimsesimiz.info  xəbər verir ki, bu haqda rəsmi məlumatu AzərTac yayıb. Sərəncama əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprel ayının 11-nə təyin edilib.

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir