Azərbaycanda qəbirlərə dövlət nəzarət edəcək

Bizimsesimiz.info  // Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin statusu haqqında” qanunun 4-cü maddəsinə təklif olunan xüsusi abzas müzakirəyə çıxarılıb.

Bizimsesimiz.info APA-ya istinadən məlumat verir ki, abzasda deyilir ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qaydalara uyğun həyata keçiriləcək.

Layihəni təqdim edən komitə sədri Arif Rəhimzadə layihəni şərh edərək bildirib ki, indiyə qədər qəbirlərin qorunmasına dünyasını dəyişmiş şəxslərin yaxınları nəzarət edirdisə, artıq buna müvafiq icra hakimiyyəti cavabdeh olacaq.

Layihə səsə qoyularaq qəbul edilib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir