Bizimsesimiz.info // Salyan rayonunun Boranıkənd kəndində yaşayan üç yaşlı Ömər Zeynalovun bədəni müxtəlif metal əşyaları, eləcə də mobil telefonları maqnit kimi özünə cəzb edir.

Xəzər xəbər-in məlumatına görə, valideynləri uşaqda olan bu qeyri-adi bacarığı bu yaxınlarda aşkar ediblər. Azyaşlıya dəmir pul verərkən o, həmin pulları bədəninə yapışdırıb.

Valideynləri deyirlər ki, Ömər ağır yükləri qaldırmağı çox xoşlayır. Dəfələrlə evdə böyük əşyaları bədəninə yapışdırmaqla, sanki öz bacarığını daha da təkmilləşdirməyə çalışır. Ömərdə olan bu istedada şübhə edənlər isə telefonlarını onun bədəninə yapışdırmaqla kifayətlənirlər.

Ömərin istedadına güvənən valideynlər onun gələcəkdə bu bacarığını beynəlxalq müsabiqələrdə nümayiş etdirməsini istəyirlər.

Qeyd edək ki, bu, nadir hadisə deyil. Azərbaycanda belə uşaqlarla bağlı analoji xəbərlər vaxtaşırı yayılır.
[video width=”640″ height=”360″ mp4=”http://bizimsesimiz.info/wp-content/uploads/2017/06/Salyanda-bu-uşaq-hər-kəsi-heyrətləndirdi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here