Azərbaycanda seçicilərin sayı açıqlanıb
Bizimsesimiz.info // Azərbaycanda seçicilərin sayı məlum olub.
“Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Natiq Məmmədov deyib ki, ölkə üzrə vahid seçicilər siyahısına 5 milyon 192 min 42 seçici daxil edilib.
O qeyd edib ki, bu, ötən ilə olan rəqəmdən 0.6 faiz (28 min 726) artıqdır.
N.Məmmədov deyib ki, seçicilərin dəqiqləşdirilmiş say martın 3-də bilinəcək.
MSK sədrinin müavini bildirib ki, ölkədə 5 min 426 daimi seçki məntəqəsi var.