Azərbaycanda silah anbarında partlayış baş verib – VİDEO

Bizimsesimiz.info // Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində silah anbarında yanğın baş verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə ərazidə partlama müşahidə olunub.

Partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.

Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova  bildirib ki, onların hamısında qəlpə yaraları olub.

Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.

Partlayışla əlaqədar Bakı – Quba yolunun bir hissəsində avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.