Bizimsesimiz.info // Azərbaycanda tapılan qeyri-adı canlı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə iyulun 27-də, İspaniyanın “La gran epoca” nəşri məlumat yayıb.

Qalın tükə malik canlının əlləri həm meymun, həm də insan əllərinə bənzəyir. Sifətdən də insana oxşayan məxluq qəribə səslər çıxarır.

Təxminən 60 sm boya malik canlının bədən quruluşu meymun və insanın ortaq quruluşuna bənzəyir.

Videoda görünür ki, sakinlər onun boğazına ip bağlayıb evdə gəzdirirlər.

Nəşr qeyri-adi məxluqun “Bigfoot” (Qar adamı) nəslindən olmasını iddia edir.

Sosial şəbəkə istifadəçilərinin bəziləri onun “digər dünya”dan gəldiyini, bəziləri isə “mutant” olduğunu bildiriblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here