Azərbaycanda və bəzi xarici ölkələrdə cümə xütbəsi ermənilərin qətlə yetirdiyi dinc Füzuli sakinlərinin xatirələrinə həsr olunub, erməni silahlılarının qətlə yetirdiyi 2 yaşlı Zəhra və nənəsi anılıb.

Bizimsesimiz.info APA-ya istinadən məlumat verir ki, din xadimləri xütbələrində erməni vandalizminin növbəti təzahürü olan 4 iyul təxribatı – dinc əhaliyə qarşı mütəmadi törədilən, qadın, uşaq və qocaların qətlləri barədə moizə söyləyib. Bir sıra xarici ölkələrdə ictimaiyyət nümayəndələrinə xalqımıza qarşı təcavüzün, erməni vəhşiliklərinin mahiyyəti barədə həqiqətlər çatdırılıb.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here