Bizimsesimiz.info // Azərbaycanın əzəli torpaqları zaman-zaman ermənilərə verilib. Bu iş isə əsasən ruslar tərəfindən həyata keçirilib.

“Ölkə.Az” bu gün oxucularına tarixi faktları təqdim edir.

1827-ci ilin oktyabr ayı- Rusiya imperiyası İrəvan xanlığını ləğv edərək ərazisini yeni yaranmış erməni bölgəsinə birləşdirir. Erməni bölgəsi çar I Nikolayın əmri ilə 1828-ci ildə yaradılır. İrəvan erməni immiqrasiyasının mərkəzinə çevrilir.

1918-ci ilin 29 may tarixi- Antanta ittifaqına üzv ölkələrin təzyiqi ilə Azərbaycan Milli Şurası İrəvan şəhərini ermənilərə güzəştə getmək məcburiyyətində qalır.

1918-1920-ci illər. Ermənistan hökuməti Zəngəzurdə etnik təmizləmə aparır. Məqsəd azərbaycanlıları tarixi torpaqlarından qovmaq idi. Hərbi komandir Andranik və Njde azərbaycanlıları Zəngəzurdan qovur.

1920-ci ilin 1 dekabr tarixi- Moskva rəhbərliyinin qərarı ilə Zəngəzurun böyük bir hissəsi Ermənistana verilir.

1929-cu ilin 18 fevral tarixi- Moskvanın qərarı ilə Naxçıvanın 657 kvadrat kilometrlik ərzisi Ermənistana verilir. Buraya Qurdbulaq, Horadiz, Oğbun, Almalı, İtqırn, Sultanbəy, Qarsevyan, Kilid və digər kənglər daxil idi. Bundan başqa Zəngilanın Nüvədi kəndi və Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi də Ermənistana verilir.

1930-cu il- Moskvanın qərarı ilə Əldərə, Lehvaz, Astazur və Naxçıvanın digər yaşayış məntəqələri Ermənistana verilir. Bu yaşayış məntəqələrinin bazasında Mehri rayonu yaradılır.

1938-ci il- Moskvanın qərarı ilə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verilir.

1947-1953-cü illər- Moskvanın qərarı ilə 150 min azərbaycanlı kompakt yaşadığı ərazilərdən Azərbaycana köçürülür.

1969-cu il- Moskvanın qərarı ilə Laçının Qaragöl, Qubadlının Çayzəmi, Qazax rayonunun Kəmərli, Kəlbəcərin Zod kəndləri Ermənistana verilir.

1982-ci il- Moskvanın qərarı ilə İncədərə, Kəmərli kəndinin bir hissəsi, Qazaxın Aslanbəyli və Qaymaqlı kəndləri Ermənistana verilir.

1986-cı il- Moskvanın qərarı ilə Qazax rayonunun 2500 hektarlıq ərazisi Ermənistana verilir… // Hikmət Həsənov, Ölkə.Az

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here