21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilir.

Qol.az-ın məlumatına görə, millimizin mübarizə apardığı 5-ci qrupda iki görüş oynanılıb.

Yığmamız səfərdə Kosovo ilə qarşılaşıb. Bu, baş məşqçi Rəşad Sadıqovun rəhbərliyi altında komandamızın ilk rəsmi oyunu idi. Sadıqovun debütu uğurlu alınmayıb. Belə ki, ikinci yarıda qapısında 2 top görən millimiz səfərdə xalsız qalıb.

Qrupun digər oyununda Almaniya İsraili məğlub edib.

22 mart

Kosovo – Azərbaycan – 2:0
Qollar: Florent Hasani, 54, Besfort Kolgeci, 61
Baş hakim: Donald Robertson (Şotlandiya)
Mitrovitsa. Adem Yaşari Olimpiya stadionu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here