25 noyabrda, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Poltava şəhərinin mərkəzində yerləşən Biznes Çentr-in konfrans zalında Poltava vilayətinin diaspor nümayəndələri ilə görüşüb. 50 -dən çox qonağın qatıldığı görüş xoş atmosfedə və səmərəli keçib, tədbiri yerli telekanal da işıqlandırıb. Maraqlı diskussiya şəraitində keçirilən çox faydalı olan bu tədbirdə təkcə Poltava vilayətində və onun eyniadlı paytaxtı Poltava şəhərində yaşayan , əksəriyyəti Ukrayna vətəndaşları olan soydaşlarımız deyil , həmçinin Dnepropetrovsk vilayətində, Mirqorodda yaşayan , yerli orqanlarda təmsil olunan həmvətənlərimiz , deputat və ukraynalı qonaqlar da iştirak edib.

Fariz Babayev

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Vətən müharibəsində şəhid olan hərbçilər, mülki şəxslərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
27 ildən sonra Kəlbəcərin işğaldan azad olunması gün Poltava şəhərində keçirilən görüşün əsas məqsədi diaspor təşkilatlarının regionda fəaliyyəti ilə tanış olmaq, onların üzləşdiyi problemləri müzakirə etmək, gələcək hədəfləri müəyyənləşdirməkdir.

Azərbaycanın milli maraqlarının müdafiəsi naminə birgə fəaliyyətin vacibliyini vurğulayan səfir E.Axundova bildirib ki, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq məqsədilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başladığı əməliyyatlar zamanı işğalçıya sarsıdıcı zərbələr vurdu və düşməni tam məğlubiyyətə uğratdı.
“Prezident İlham Əliyev Kəlbəcər rayonunun erməni işğalçılarından azad olunması münasibətilə xalqa müraciətində vurğuladığı kimi, bu gün Azərbaycan tək döyüş meydanında deyil, eyni zamanda, informasiya məkanında, siyasi müstəvidə qələbə qazandı. Bu informasiya müharibəsində Ukraynada fəaliyyət göstərən diaspor fəalları, soydaşlarımız da aktiv iştirak edib. Bundan başqa, Silahlı Qüvvələrin Yardım Fonduna öz dəstəyini göstəriblər”, – deyə Elmira Axundova əlavə edib.

Xanəli Hüseynli

Səfir bildirib ki, hələ ümummilli lider Heydər Əliyev soydaşlarımızla görüşü zamanı diaspor fəallarımızın yaşadıqları ölkənin cəmiyyətinə inteqrasiyasının vacibliyini vurğulayırdı. Azərbaycan Prezidenti İlham Əliyevin əsas tövsiyələrindən biri diaspor təşkilatlarımızın koordinasiyalı, birgə fəaliyyətidir. Bu gün Ukraynada soydaşlarımız yerli seçkilərdə kifayət qədər uğur qazanıb. Gənclərimiz Ukraynanın dövlət qurumlarında çalışırlar. Diaspor hərəkatının yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar davam etdirilməlidir.

Xanlar Mahmudov

Sonra tədbirdə çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Poltava vilayəti təşkilatının sədri Telman Mahmudov, Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin baş katibi Xəyyam Həqiqətoğlu, konqresin fəalları Kamandar Bayramov, İqtisad elmləri doktoru, professor, Ukrayna İqtisadi Elmlər Akademiyasının akademiki, hüquqşünas, Poltava Dövlət Aqrar akademiyasının hüquq kafedrasının müdiri Xanlar Mahmudov, gənc soydaşlarımız Zamir İsmayılov, Alim Nəbiyev, Samir Əlizadə və digərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində qazanılan uğurlardan qürurlandıqlarını vurğulayıblar.

Soydaşlarımız qazandığı tarixi uğura görə Prezident İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsini təklif ediblər.
Müzakirələrin sonunda səfir səsləndirilən təklif və tövsiyələrin müvafiq qurumlara çatdırılacağını söyləyib. Tədbirdə Poltavada Azərbaycanın diaspor təşkilatının fəaliyyəti, soydaşlarımızın qarşılaşdığı problemlər də müzakirə edilib.

Sanatoriya mərkəzi olan Mirqorod şəhərindən olan soydaşımız çoxlu sayda soydaşlarımızın yaşadığı şəhərlərində məsçidə ehtiyac duyulmasını və məsçid tikintisini həyata keçirmək istəyini, təklifini səsləndirmişdir. Səfir soydaşlarımızın bir neçəsinin problemlərini dinləmiş , onların həllinə çalışacağını bildirmişdir.

Çıxış edənlər Poltavada soydaşlarımızın birgə fəaliyyətinin zəruriliyi qeyd etmişlər, görüşdə habelə diasporumuzun gələcək fəaliyyət ilə bağlı məsələlər müzakirələr edilmiş, geniş fikir mübadiləsi aparılmış, Azərbaycan dövlətinə , prezidentinə dəstək , işğal olunmuş torpaqlarımızın erməni işğalından azad olunmasının xalqımız tərəfindən böyük sevinclə qarşılanması ifadə olunmuşdur.
Tədbir iştirakçıları qeyd etmişlər ki, Poltavada yaşayan azərbaycalılar bir-birlərinə və yerli ukraynalılara qarşı mehribançılıq şəraitində yaşayırlar.
Tədbirdə habelə yerli iş adamları , ziyalılar, Poltavada nüfuz sahibi olan digər şəxslər də – Azərbaycanın Ukraynadakı tikinti şirkətinin baş direktoru Elsevər Talıbov , uzun illər Poltavada yaşyan , Poltava Vilayəti Azərbaycan diasporunun fəal üzvü Fariz Babayev, Hacı Elbrus Nəbiyev , Poltavada yaşayan əksər azərbaycanlıların hörmətini qazanan , 30 ildən çoxdur bu şəhərdə yaşayan İlham Kərimov, Poltavada ticarətlə məşğul olan zəhmətkeş insan – Xanəli Hüseynli da iştirak edib.

Tədbirdə çıxış edən Fariz Babayevin, Hacı Elbrus Nəbiyevin , kikboksun parlaq ulduzu olan ,77 kq çəki dərəcəsində dünya reytinqi üzrə bir nömrəli kikboksçu hesab edilən 7 qat dünya və 3 qat Avropa çempionu olmuş , Poltava sakini soydaşımımız Alim Nəbiyevin (qeyd: Alim Nəbiyev yerli telekanala da müsahibə vermişdir) və digərlərinin çıxışları maraqla qarşılanmışdır.

Daha sonra Elmira Axundova Azərbaycanın işğaldan azad olunan əraziləri, ermənilərin orada törətdiyi vandalizm hərəkətlərinə dair yerli telekanallara müsahibə verib.

Tədbir iştirakçıları arasında maraqlı söhbət tədbir qurtarandan sonra da qeyri-rəsmi şəkildə davam edib.
Tədbirdən əvvəl, tədbir zamanı və tədbirdən sonra xatirəolaraq çəkilən fotoları və videoları təqdim edirik.

İmran Kərimli






  

Alim Nəbiyev

 Xanəli Hüseynli

       

 

Fariz Babayev

Hacı Elbrus Nəbiyev

 

Xəyyam Həqiqətoğlu, Alim Nəbiyev

                                                      

Şuşa zəfərinə aparan çətin və keçilməz yollar           

Xanlar Mahmudov

                      

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here