Azərbaycanlı professorun “Erməni faşizmi” kitabı Türkiyədə təqdim edildi

Bizimsesimiz.info // Türkiyənin Kayseri şəhərindəki “Yoğun Burc” Kültür- sənət mərkəzində Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri, Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı “Erməni- türk ilişkilərinin mövcud durumu” adlı konfrans keçirib.

Moderator.az xəbər verir ki, konfransda, həmçinin professorun hazırladığı və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstək verdiyi “Erməni faşizmi” kitabının da təqdimatı olub.

Tədbiri giriş sözü ilə açan tarixçi alim Sərdar Kozan ermənişünas alim Qafar Çaxmaqlının son illərdəki fəaliyyətini izlədiyini və onun yazdığı əsərlərin Türkiyədə nə dərəcədə önəmli olduğundan danışıb.
Anadolu Sosyal Siyasi və Kültürel Araşdırmalar Mərkəzinin başkanı Erhan Özhan qeyd edib ki, müəllifin təqdim olunan kitabı da bugünkü erməni cəmiyyətinin iç üzünü açmaq və onların başqa xalqlara yanaşmada nasist mövqeyinin köklərinin nələrdən ibarət olduğunu ortaya qoymaq baxımından əhəmiyyətlidir.

2 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir