Bizimsesimiz.info // İndi onun bu addımı çoxları tərəfindən müzakirə olunur. Söhbət Mingəçevirdə doğulan, hazırda isə ABŞ-da təhsil alan Səbinə Kurqunayevadan gedir.

Məsələ burasındadır ki, Səbinə hormonal müalicə üsulu ilə cinsiyyətini dəyişmək qərarına gəlib və bunu çəkinmədən bəyan edir. Özünü isə artıq Səbinə kimi yox, “Sebastian” olaraq təqdim edir.Yenicağ.az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı gənc vaxtı ilə futbolla da məşğul olub. O, Mingəçevirin eyni adlı klubunda da çıxış edib.

 Səbinənin məşqçisi İlqar Hüseynov sabiq tələbəsini belə xatırlayır:

“Hazırda ABŞ-da yaşadığını bilirəm. Mənim yanıma yeni-yeni məşqə gəlirdi. 1 il oynadıqdan sonra xaricə getdi. “Mingəçevir” klubunda çıxış edirdi. Cinsiyyətin dəyişir? Necə ki? Bu barədə məlumatım yoxdur. 3 ildən çoxdur ki, ondan xəbər almıram. Anası məşqə gəlməyə icazə vermirdi. Atası da rəhmətə gedib. Düzü, onları yaxşı tanımıram. Səbinəyə məşq keçən vaxtı onunla bağlı şübhələrim olmayıb. Bilmirəm ora gedəndən sonra nə fikirləşib. Görəsən anasının xəbəri var? Əgər Allah onu qız yaradıbsa, o da olduğu kimi qalmalıdır. Cinsiyyəti dəyişmək nə deməkdir? Onun bu addımına münasibətim çox pisdir. Ağılsızlıq edib”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here