Azərbaycanlılar Gürcüstanda ən az pul xərcləyən turistlərdir

Gürcüstana dincəlməyə gedən qonşu dövlətlərin vətəndaşları arasında ən az pul xərcləyənlər azərbaycanlılardır.

“Report” “Gerogia Online” saytına istinadən xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb.

Məlumata görə, Azərbaycan vətəndaşları bu ölkədə orta hesabla 401 lari (278 manat) xərcləyirlər. Ən çox pul xərcləyən turistlər isə ruslardır (928 manat). Onlardan sonra Türkiyə (826 manat) və Ermənistan vətəndaşları (389 manat) gəlir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir