AZƏRİ yoxsa TÜRK  ?!

AYNUR TALIBLI // Tarix və mədəniyyət araşdırmaçısı

Tarix boyu bəzi irqlər, millətlər öz qəhrəmanlıqları ilə digərlərindən fərqlənib. İrqindən, millətindən gələn xüsusiyyətlər insanların sonrakı həyatlarına, mədəniyyət, örf və yurd anlayışlarına böyük təsir göstərir. Bu yazımda “millət nədir? “, “milli mənsubiyyətin önəmi” və bizlərin milli kimliyinin “azəri, yoxsa Türk” olduğumuzdan bəhs edəcəyəm.

Bu mövzu son zamanlar çox müzakirə edilir. Bəzi işbazlar kariyeralarınıın sonuna gəldikləri üçünmu, yoxsa qanlarında rus və ya erməni qarışığı olduğundanmı bilinməz, millətimizi və milli kimliyimizi başqa tərzdə və kökündən uzaq bir halda bizlərə tanıtmağa çalışırlar. Mənə görə, bu gündəmdə qalmaq üçün və ya xarici qüvvələrin xüsusi sifarişi ilə edilir.

İlk öncə ” millət nədir”, “millət anlayış nəyi ifadə edir” suallarına cavab tapmağa çalışacaq, bu mövzularda fikirlər bildirəcəyəm.

Ərəbcə “millət”, türkçə “ulus”, fransızca “nation” adlanan bu qavram, bir -birlərinə bir sıra tellərlə bağlanmış insanlardan formalaşmış topluluq olaraq başa düşülür. Gəlin, indi bu tellərin nə olduğunu aydınlaşdıraq.

İnsanları bir-birinə bağlayan tellərin; yəni milləti təşkil edən faktorların, dəlil və ya sübutların, iki fərqli millət anlayışı üzərində qurulduğu təsbit olunub: Obyektiv (nəsnəsəl, maddi ) millət anlayışı və subyektiv (özcü) millət anlayışı(1).
Obyektiv milli anlayışa görə, milləti təşkil edən insanlar bir- birinə konkret bağlar ilə bağlanırlar. Buna qarşılıq olaraq, subyektiv-özcü millət anlayışına görə, milləti təşkil edən insanlar bir-birinə subyektiv-özcü, şəxsi olan bağlarla da bağlana bilir.

Başqa ibarəylə desək, obyektiv millət anlayışına görə, insan topluluğu millət halına bir neçə faktorların təsiri ilə çevrilir. Subyektiv millət anlayışına görə isə, bu çevrilmə subyektiv ünsürlərin təsiri ilə də ola bilər(2).
Obyektiv mili anlayışa görə millət, ulus -eyni irqdən, eyni dildən gələn və eyni dinə inanan insanların meydana gətirdiyi bir topluluqdur. Bu görüşü mənimsəyən mütəfəkkirlərin bəziləri dil birliyini, bəziləri yurd birliyini, bəziləri soy birliyini, bəziləri din birliyini, bəziləri tarix ortaqlığını və ülkü (ideal) qardaşlığını fərdləri bir-birinə bağlayan əsas ünsür və ya faktor olaraq görmüşlər. Saydığımız faktorlar tarixi baxımdan bir çox millətin meydana gəlməsində böyük rol oynamışdır. Fəqət millət sadəcə bu ünsürləri mənimsəyən toplumlardan meydana gəlmir. Bu baxımdan millətin meydana gəlməsində subyektiv, yəni mədəni ünsürlər də ağır basmaqdadır(3).

Subyektiv millət anlayişina görə, milləti millət edən bağlar mənəvidir, bir çox duyğu və düşüncələrdən ibarətdir. Subyektiv-özcu millət anlayışını ilk dəfə Ernest Renan (4)(1823-1892) tərəfindən 1882-ci ildə yayinlanan Qu”est-ce q”une nation (MİLLƏT NƏDİR) s.114(5) isimli əsərində ortaya atmışdır.

Milləti ortaya çıxaran insanları bir-birinə bağlayan bu özcu bağlar arasında keçmiş, xatirə, məqsəd, ideal, gələcək, ülkü birliyi kimi xüsuslar yer almaqdadır(7). Keçmişdə yaşanan ortaq acılar və ya birlikdə qazanılan uğurlar-zəfərlər, ortaq məqsədə çatmaq üçün mücadələlər, ortaq təhlükələrə qarşı birlikdə mübarizə kimi faktorlar insanları bir-birinə bağlayar və milləti təşkil edir.
Ernest Renan millətin obyektiv ünsürlərlə meydana gəldiyi düşüncəsini rədd etmişdir. Yazara görə: “İnsan nə irqinin, nə dilinin, nə də dininin, nə də çayların izlədiyi yolun, nə də sıra dağların yönünün əsəridir. Sağlam duyğulu və istiqəlbli insanların bir araya gəlməsi mənəvi bir şüur yaradır ki, buna millət deyilir” (9). Deməli, Renana görə, milləti meydana gətirən nəsnə, “birlikdə acı çəkmiş, sevinmiş və birlikdə ümid etmiş olmaq” dır(10).
Şüphə yox ki, millət bir könül birliyi, bir ruh anlaşması və bunun hüquqi ifadəsi olaraq birlikdə yaşamaq arzu və iradəsidir. Bu birlik və anlaşmanın əmələ gəlməsi üçün əlverişli bir zəmin lazımdır. Bu zəmini əmələ gətirən, yuxarıda qeyd etdiyimiz ortaq dil, ortaq torpaq, ortaq tarix, ortaq soy, ortaq ölkə, ortaq din kimi obyektiv faktorlardır. Ancaq subyektiv və ya mədəni faktorlar bu zəminin üzərində yüksələ bilər. Demək ki, bir millətin meydana gəlməsində həm obyektiv, həm də subyektiv anlayışlar bir-birini tamamlamalıdır.

Ayrıca, bir insan topluluğunun bir könül birliyi halını alaraq, bir milləti meydana gətirməsində siyasi qüvvə və təşkilatın da böyük rolu vardır. Bütün qeyd etdiyimiz bu qavramlarla birlikdə millətə belə bir tərif verə bilərik.:
“Millət nə yalnız irq, yurd birliyindən, nə dil, tarix və ülkü birliyindən, nə də siyasi, hüquqi və iqtisadi birliyindən doğar, o, yuxarıda saydığımız obyektiv və subyeltiv ünsürlərin birləşməsindən meydana gələn tarixi sosial bir gərçəkdir”(11). Türkiyəli yazar Gökalp ” millət nədir” sualına cavab verərkən bu kəlimənin mənasına yaxın olan “irq, qövm, ümmət, xalq, dövlət” kimi qavramların tənqidindən yola çıxaraq, “millətin irqi bir birlik olmadığını, mədəni bir birliyə dayanan tərbiyə, yəni təlim sonucunda meydana gələn birlik olduğunu ifadə edir(12).

Bəs, millətin və ya hansi millətə mənsub olmağin önəmi nədir?

Öncəliklə millət çox önəmlidir və millət olmadan dövlət olmaz. Bir dövlətin var ola bilməsi üçün bəlli bir insan topluluğu olmalıdır. Bəhs etdiymiz topluluğu təşkil edən insanlar bəlli bir dəyərə sahib olmalıdır və bu tarix boyu belə olmuşdur. Bu dəyərlərə coğrafi, irqi, tarixi faktorlar və təşkilatlanma, kültür birliyi daxildir. Millətini bilməyən dövlətinin və vətənini qiymətini bilməz. Milli kimliyinə dəyər verməyən, vətən torpağının da dəyərini anlamaz. Millətin dəyərini anlamayan hər zaman işğal altında qalar və ölkəsinin hürriyyətini, azadlığını önəmsəməz. Milli mənliyini, milli dəyərlərini, milli kimliyini, milli ruh birliyini bilməyən, tanımayan, formalaşdıra bilməyən topluluqlar öz soylarından uzaqlaşır və öz milli birliyini oluşdurmuş başqa millətlərin içində əriyib yox olurlar. Bu halda olan minlərcə topluluq vardır. Buna ən yaxşı örnək Avropadakı- Amerikadakı afrikalılardır. Onlar Avropadakıların köləsi olaraq yaşamış və özlərinə fransız, ingilis və. s deməyə məcbur edilmişlər.
Bəziləri milli mənsubiyyəti önəmsəmədiyini desələr də amma evlərinə ən kiçik əşya aldıqlarında onun mənşəyini soruşurlar. Örnəyin, bir köynək alarkən pambıq yoxsa sintetik olduğunu araşdırırlar və ya bir çanta alınca dəri və ya dərinin əvəzedici olub-olmadığını sual edirlər. Elədirsə, öz mənşələrinə, milli kimliklərinə önəm vermirlərsə demək ki, sosial varlıq olan insana aldıqları əşya qədər dəyər verməyi düşünmürlər. Bu isə ağla və məntiqə sığacaq bir düşüncə deyil.

Türklərdə millət qavramı dövlətin ayrılmaz bir parçasıdır(13).

Bəs, biz Azərbaycanlıların milləti nədir ?

Bu suala cavab olaraq “Türk milləti ” deyə düşündüyünüzü bilirəm və mən də belə düşünürəm. Amma bəziləri ” azəri ” və ya “azərbaycanlı” deyə söyləyir. Bu ” azəri” sözü son zamanlarda meydana çıxmışdır. Sizə əminliklə deyə bilərəm ki, biz Oğuz Türklərini, “azəri milləti” deyə farslar, “azərbaycanlı milləti ” deyə isə ruslar adlandırmışlar. Bunun səbəbi heç şübhəsiz, İran adlanan fars dövlətinin 40 milyon Azərbaycan Türkünün ayaqlanmasından qorxduğudur. İran fars dövləti “azərilər” deyə bizləri türk millətindən ayırmaq istəməmişlərdir. Digər tərəfdən ruslar da “azəri və ya azərbaycanlı”, özbək, qazax, tatar, tacik deyə Türk millətini parçalamış və beləcə hökm etmişdir. Əks halda Türklərin tək Türk milləti adı ilə birləşib onlara üsyan edəcəklərini və Qafqazlarda, Avrasiyada hökm sürəcəyindən əmin olmuşlar. Ruslar və farslar, ingilislər tarix boyu Türk millətinə qarşı “böl, parçala, ud və ya hökm et” siyasətini həyata keçirmişlərdir.
Azərbaycan tarix boyu Oğuz Türkmən, Türk yurdu olmuşdur. Hətta Dədə-Qorqud dastanındakı hekayələrdə keçən yer adlarının Azərbaycanda olduğunu Türkiyəli məşhur tarixçi M.F.Kırzıoğlu isbat etmişdir. Azərbaycan Türkləri üçün tarixdə Bizanslılar “Turkia”,  farslar “Türkmən cənnəti” demişlərdir. Osmanli-Səfəvi qaynağlarında da Azərbaycanda yaşayan əhaliyə Türkmən deyilmişdir. Oğuz Türk hökümdarı olan Şah İsmayil Xətai də Azərbaycan torpağında yaşan əhaliyə doğru olaraq “Türk oğulları” deyə xitab edərək, buyurmuşdur: “Ey Türk oğulları! Dilinizin bir sözünü dünyanın heç bir dilinə, bir ovuc torpağınızı dünyanın heç bir dövlətinə dəyişmyin. Onu qoruyun və gələcək nəsillərə göndərin!”

Azərbaycan adının mənşəyi ilə əlaqədar tarixçilər və araşdırmacılar müxtəlif fikirlər irəli sürmüşlər. Amma “Azərbaycanlı” deyə millətin olmadığı düşüncəsində həmfikir olmuşlar. Bu nöqtədən tarixə baxdığımızda bu mövzunu araşdıranlar qaynaqlarda bölgə xalqına “azərbaycanlı” və ya “azəri” adlarını verməmiş və bu şəkildə tanımlanmamışdırlar. Bu gün yayqın şəkildə və qərəzli olaraq, “azərbaycanlı milləti” , “azəri millət” , “azəricə dili” və ya “Azərbaycan dili” deyə yayqınlaşdırılır. Bu nədənsə xüsusi ilə Güney Azərbaycanda deyil də, Quzey Azərbaycanda belədir. Quzey Azərbaycanda insanların dilində özəlliklə “azəri” və”azəricə” sözləri dolanır. Bu baxımdan fars zülümünə məruz qalmalarına baxmayaraq, Güney Azərbaycandakı soydaşlarımız daha cəsurdurlar və doğruları dəyişdirmirlər. Güney Azərbaycandakı soydaşlarımız hər xaman, hər yerdə Türk millətindən olduqlarını və dillərinin Türkçə olduğunu xüsusi ilə qeyd edirlər.Bunu mən Təbrizə ziyarətimdə özüm gözləmlədim.
Özlərini “azəri” və ya “azərbaycanlı” milləti adlandıranlar, tarixi araşdırsalar çox böyük xəta etdiklərini anlayarlar. “Azəri” deyə farslar atəşə sitayiş edən kiçik bir tayfanı adlandırırlar. “Azərbaycanlı” deyə bir millətin olmayacağını oxuyan, araşdıran hər kəs anlayar. Çünki “Azərbaycanlı”, “Amerikalı”, “Fransalı” və s. hansı ölkədən olduğunu bildirən ifadədir. Belə bir millət ola bilməz. Necə ki, İraqlə, Suriyalı, Libyalı, Dubaylı deyə millət yoxdur və burda yaşayan insanların milli mənsubiyyəti ərəbdir, Azərbaycanlıların, Özbəkistanlıların, Qazaxıstanlıların, Türkmənistanlıların, Türkiyəlilərin, Güney Azərbaycanlıların, İraq və Suriya Türkmənlərinin və. s milliyyəti isə Türkdür, yəni bu insanlar milli azlıqları çıxmaq şərti ilə əsasən Türk millətinə mənsubdurlar.

Miladdan öncəki dönəmlərdən XX yüzilə qədər Azərbaycanda yaşayan insanlara daim Türk və danışdığımız dilə də Türkçə deyilmişdir. Sovet dönəmində rusların işğalı ilə azərbaycanlı, azəri və azəricə ifadələri xüsusi ilə yayqınlaşdırdı(14). 1936-cı ildə Stalin özəlliklə ” Türk milləti ” deyilməsinə qarşı çıxaraq “azərbaycanlı” deyilməsini təbliğ etdirir. Stalinin məqsədi Türklərə qarşı” böl, parçala, idarə et” siyasətini həyata keçirməkdir. Bu yerdə unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin bu misraları hər şeyi izah edir:
“Qurdlar olub çobanların qoyunu,
İtdən öyrənirsən öz soyunu,
Azərilik komunizmin oyunu,
Azəri deyilik,Türk oğlu Türkük.

Halbuki, 1919-cu,1924-cu ilə aid bəlgələrdə və 1929-cu ilə aid olan kitablarda Türk dili və sonrasında 1934 -cü və 1941 ci illərə aid şəxsiyyət vəsiqələrdə və pasportlarda milli mənsubiyyətimiz Türk milləti olaraq qeyd edilir. Sonradan müstəqillik zamanında, mərhum liderimiz, dövlət başçımız Əbülfəz Elçibəyin dönəmində də kitablarin üzərində “Türk dili ” deyə özəlliklə qeyd edilirdi.
Demək ki, bizlərin Türk millətinə mənsub olduğumuz gərçəyi işğalçıları (rusları, farsları) ciddi dərəcədə narahat edir və qorxudurdu. Mərhum düşünürümüz və şairimizin Bəxtiyar Vahabzədənin bu misralarını tam yeridir deyə düşünürəm:
“Anlaya bilmirəm, niyə “TÜRK” sözü,
Kiminsə başına düşən daş olub… “

Azərbaycanın şairlərindən biri olan Səməd Vurğun da Stalinin qəbulunda oxuduğu “Rəhbərə Salam” şeirində Türk sözünü işlətmişdir:
Bakının sayrışan ulduzlarından,
Çadrasız, boyasız Türk qızlarından,
Uçan durnaların xoş avazından,
Bizim aşıqların avazında,
Şərqin qapısından yanan bir şamdan,
Günəşli gündüzdən, aylı axşamdan,
Azad sənətimdən, azad dilimdən,
Mənə könül verən öz sevgilimdən
Salam gətirmişəm huzuruna mən,
Bu gündən, gələcək qərinələrdən!

Sizlərlə Azərbaycalıların Türk millətinə məxsus olduğunu tarixi dəlillərə və bəlgələrə əsasən paylaşdım. İndi özlərini “azəri” deyə atəşə sitayiş edən kiçik bir tayfa olaraq görənlərə və “azərbaycanlı” milləti deyə adlandıranlara yenidən düşünmələri gərəkdiyini məsləhət görürəm. Əks halda, sadəcə 1936-ci ildən sonra meydana gələn bir millət olaraq kiçilərlər.

Halbuki, bizlər şanlı Oğuz Türkləriyik və milladdan 5 min il öncəyə uzanan bir tariximiz vardır. Digər tərəfdən bizim müstəqilliyimizin rəmzi olan üçrəngli şanlı bayrağımızdakı mavi, göy rəngin anlamının türk milləti olduğumuzu və soyumuzun Göy Türklərdən gəldiyini bildirdiyini anlamaları lazımdır. Bunu Azərbaycanda ibtidai sinifdə oxuyan şagirdlərin belə, bildiyi halda, yaşı kifayət qədər olan bəzi millət vəkillərinin və ya akademiklərin bilməməsi həqiqətən heç də inanadırıcı deyil. Bu qərəzli Türk düşmənliyinə son verilməsi lazımdır! Azərbaycanın mərhum, qurucu Türkçü lideri, dövlət başçısı Əbulfəz Elçibəyin bu fikirlərini xatırlatmaq istərdim; “Türklük odur ki, Türklüyün önəmini dərk edəsən və onunla fəxr edəsən. Necə ki, ingilislər ingilisliyini dərk edir və onunla fəxr edirlər” , “Türk deyiləm ” deyənə qarşı heç vaxt israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zorla şərəf verəcək deyilik, əlbəttə”.
Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyev də hər zaman “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” demişdir.
Sözümü mərhum şairimiz və düşünürümüzün bu misralariyla bitirmək istərdim:
Əslimi, nəslimi tanıyıram mən,
Qarışqa deyiləm özümdən hürkəm.
Sən kimsən, sən nəsən, özün bilərsən
Mən ilk qaynağımdan Türk oğlu Türkəm!

Sizin diqqətinizi bu yazimda açıqca Türk olduğumuza yönəltdim. Bunu inkar etməyə çalışanların əminəm ki, qanında ya rus və ya erməni qarışığı ola bilər. Amma bu onlara haqq vermir ki, bütün Azərbaycanlıların Türk olmadığını idda etsinlər. Bu hüquqi bir suçdur! Unutmayın bizlər şanlı Oğuz Türkləriyik! Vətənimizin, ölkəmizin adı Azərbaycandır. Türkiyəli 80 minlyonluqTürk qardaşlarımız hər zaman Can Azərbaycan deyərlər. ÇÜNKİ ONLAR EYNİ CAN, EYNİ QAN OLDUĞUMUZU BİLİRLƏR.

Nə mutlu Türküm deyənə!

İstifadə edilən mənbələr:

1.Ömer İlhan Akipek, Devletler Hukuku: Devletler Hukuku Şahıslarından Devlet, Ankara, Başnur Matbaası, Üçüncü Bası, Tarihsiz, s.87.
2. Kemal Gözler, “Devletin Bir Unsuru Olarak ‘Millet’ Kavramı”, Türkiye Günlüğü, Sayı 64, Kış 2001, s
3.MİLLİYETÇİLİK. http://www.ait.hacettepe.edu.tr/egitim/ait203204/II9.pdf
4.Renan hakkında bkz. Edward McNall Burns, Çağdaş Siyasal Düşünceler: 1850-1950 (Çev. Alaeddin Şenel), Ankara, Birey ve Toplum Yayıncılık, 1982, s.442-443.
5.Kemal Gözler, “Devletin Bir Unsuru Olarak ‘Millet’ Kavramı”, Türkiye Günlüğü, Sayı 64, Kış 2001, s.114.
6.Ernest Renan, Qu’est-ce qu’une nation, Paris, 1882. Türkçe çevirisi için bkz. Ernest Renan, “Millet Nedir”, Ülkü, Sayı 77, Temmuz 1939, s.396 vd., Sayı 78, Ağustos 1939, s.514 vd.
7.Okandan, op. cit., s.693.
8.Ibid.
9.. Ernest Renan, Qu’est-ce qu’une nation, Paris, 1882, s.29 (nakleden Georg Jellinek, L’Etat moderne et son droit, (Traduction française par Georges Fardis), Paris, M. Giard & E. Brière, 1911, Cilt I, s.208).
10. McNall Burns, op. cit., s.443.
11..MİLLİYETÇİLİK. http://www.ait.hacettepe.edu.tr/egitim/ait203204/II9.pdf
12. Ziya Gökalp, Makaleler VIII, “Millet Nedir?”, Ankara,1981, s.151. http://.ege-edebiyat.org/docs/530.pdf
13.genelbilgi.com
14.Bülent Pakman.Ağustos 2012.Son guncelleme Ekim 2013. http:wp/me PA exV-2
15.Kemal Gözler**Doç.Dr. Uludağ Üniversitesi İktisadî ve İdarî Bilimler Fakültesi öğretim üyesidi
Türk komutan İshak ÇELİK bəyə, verdiyi dəyərli bilgilər üçün xüsusi təşəkkür edirəm, sayqılarımla.
AYNUR TALIBLI . İstanbul Sabahattin Zaim Üniversiteti, Tarix və Mədəniyyət Araştırmaları Bölümü, Yüksək Lisans

İstanbul 2017

127 COMMENTS

  1. terazosin esomeprazole magnesium warnings Features include People Hub and Live Tiles, Microsoft Office Mobile, and Ativ Beam that enables the sharing of files through NFC by simply tapping devices is generic cialis available Patient reported factors associated with adherence to adjuvant endocrine therapy after breast cancer an integrative review

  2. I’m often to blogging and i really appreciate your content. The article has actually peaks my interest. I’m going to bookmark your web site and maintain checking for brand spanking new information.

  3. I’m often to blogging and i really appreciate your content. The article has actually peaks my interest. I’m going to bookmark your web site and maintain checking for brand spanking new information.

  4. LOOKFANTASTIC are official stockists of the MAC brand.” Get sneak previews of special offers & upcoming events delivered to your inbox. © Make-Up Art Cosmetics. All Worldwide Rights Reserved Just Sent You 15% Off Just Sent You 15% Off Glossies can get their box for a subscriber-exclusive price of £30! Non-subscribers however can buy their edit for £35. The gift set is worth £20.99, and features a full-size MAC Lipstick in the shade Twig, a 6ml mini strobe cream and a mini Fix+ Setting Spray. When You Sign Up for Email & SMS shop.beautystat.com RELATED: 32 best beauty gift sets for her this Christmas: From Glossier to Elemis, MAC & lots more Please enable Javascript in your browser. The GLOSSYBOX x M·A·C Limited Edition goes on sale to subscribers and non-subscribers on Friday 17th September. Subscribers can buy theirs with their priority access at 9am, while those who aren’t Glossies will be able to get theirs when this edit goes on general sale at 12pm.
    https://www.miema.org/resap/forum/profile/teshashropshire/
    Sandy Phoenixx is a Los Angeles based Make Up Artist with 5+ years experience in Bridal, Beauty and Special Occasion make up with a touch of Special Effects. Photo by Rachel Rodgers Photography; Veil by Ryan and Walter; Hair by Senada K. Ceka; Makeup by D’Amelio Cosmetics As we head into a brand new year (with exciting upcoming makeup trends of its own that we can’t wait to see), it’s also fun to take a look back at the most enduring, unforgettable and stunning makeup trends of 2022. Thanks to social media influencers and celebrities who have mastered the soft glam look, the makeup style is rising in popularity, with #SoftGlamMakeup collecting over 130 million views and counting on TikTok and over 450,000 posts on Instagram. And when it comes to perfecting the soft glam look, your wish is our command — we have all the tips to help you achieve it.

  5. I’m often to blogging and i really appreciate your content. The article has actually peaks my interest. I’m going to bookmark your web site and maintain checking for brand spanking new information.

  6. You’re so awesome! I don’t believe I have read a single thing like that before. So great to find someone with some original thoughts on this topic. Really.. thank you for starting this up. This website is something that is needed on the internet, someone with a little originality!

  7. @WetNWildBeauty We are making kinder and smarter choices. This is what we’ve been up to: AddressBeit Meri, Lebanon No products in the cart. Maybelline’s most raved product colossal kajal and colossal volume express mascara have in this the colossal range. Already I have tried this kajal and mascara, and they are too good, also it is very popular with all makeup lovers for its affordable price and quality. Now let’s jump to the Maybelline colossal eyeliner review. One of the most consistent findings in research on school shootings is that someone knew an attack was possible but didn’t report it. There are ways schools can encourage students to come forward when they see or hear something concerning: tip lines, training, and a lot more trust.
    http://www.nanoorishowcase.com/bbs/board.php?bo_table=free&wr_id=48299
    20% OFF ALL FULL PRICED PRODUCTS WITH CODE: AFTERPAY20 | 16-19/03/2023 | CANNOT BE COMBINED WITH OTHER DISCOUNTS But overall, it’s a fantastic eyeliner with rave reviews and won’t cause irritation, so it’s the best liquid eyeliner for sensitive eyes. Your email address will not be published. Required fields are marked * When applied to your waterline, white eyeliner can create a more wide-awake appearance and make your eyes look bigger. If you’re using the liner to impart this effect, make sure you’re working with a soft formula to prevent any pulling, tugging, or scratching at the sensitive area. White eyeliner can also be used along your upper lashes to create a graphic effect that makes your lashes pop or as a base for your eyeshadow to give brights and neons a truer color payoff.

  8. You’re so awesome! I don’t believe I have read a single thing like that before. So great to find someone with some original thoughts on this topic. Really.. thank you for starting this up. This website is something that is needed on the internet, someone with a little originality!

  9. Открыть меню При создании дневного макияжа для карих глаз, используйте тушь для ресниц коричневого цвета, подкрашивая при этом только верхние ресницы. Темно синяя тушь сделает ваш взгляд сияющим и открытым. Женщины с карими глазами действительно повезло, потому что они могут использовать любой оттенок теней для век и выглядеть великолепно! От зеленого до фиолетового, от золота до меди – все эти тени для век выглядят феноменально в паре с карими глазами. Нам повезло! Косметику для карих глаз подбирают в зависимости от их оттенка. В целом карие глаза это уже акцент и не обязательно придавать веку невероятные цвета для того, чтобы добиться эффекта. Выигрышным решением станет выбор для вечернего образа темного насыщенного оттенка теней в качестве основного акцента. Такой макияж несложно повторить: выбери светлые перламутровые тени для создания базы, покрой ими верхнее веко. Далее нанеси на подвижное веко темный оттенок и растушуй.
    https://wiki-zine.win/index.php?title=Лучшие_ручные_массажеры_для_пожилых
    Разное 3 шаг. Нанесение на основание ресниц. ВАЖНО!!!Средство для роста ресниц Карепрост (Careprost) следует использовать лишь ОДИН РАЗ В ДЕНЬ НА НОЧЬ!Использование данного препарата более одного раза в день не ускорит процесса достижения нужного результата и тем более не усилит эффект, а риск нежелательного результата может возрасти! Через несколько месяцев (как правило 2-3 месяца, а может и больше) после прекращения курса, Ваши ресницы вернутся к своему естественному размеру. При этом, если используете средство 1-2 раза в неделю, после такого как закончится первый флакончик, то вновь растущие ресницы вырасту сразу длинными – не будет необходимости повторять ежедневный курс заново. Флакона в таком режиме использования хватит на 4-6 месяцев. · обновляет поврежденные и слабые ресницы; Добрый день, Alena. Данное средство предназначено для стимуляции роста ресниц. Срок годности – до 01.2022-го. С уважением, admin Виктория

  10. I’m often to blogging and i really appreciate your content. The article has actually peaks my interest. I’m going to bookmark your web site and maintain checking for brand spanking new information.

  11. I’m often to blogging and i really appreciate your content. The article has actually peaks my interest. I’m going to bookmark your web site and maintain checking for brand spanking new information.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir