Azadlığım satlıq deyil!- İlqar İmranoğlu

İlqar İmranoğlu bütün Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, milli dövlət bayrağımızın hər zaman zirvələrdə dalğalanmasını diləyir!

İlqar İmranoğlunun növbəti yeni şeirini oxuculara təqdim edirik:

Mən günəşə qal deyirəm,

Bulud gəlib gedəsidir.

Külək ŞİMAL küləyidir,

Sazaq çətin öləsədir.

 

Himni qulaq ağrısıdır,

Çox eşitdik biz o səsi..

Səngər qazıb dayaq tutub,

Olmayacam RUS köləsi.

 

Oyaq olaq heç yatmayaq

Yuxu bizə haram olsun.

Qazan xanın yanmış yurdu,

Tarix TÜRKƏ əyan olsun.

 

Gecikərsə dost köməyi,

Yağmalanan yurd olacaq.

Arxalıdır köpək düşmən,

Türk dadına Türk çatacaq.

Sən ey Türkün adın danan,

Qəhrəmanlıq sənlik deyil.

XƏLİL RZA ruhu küsər,

Azadlığım satlıq deyil !!!

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir