BƏƏ “Əl-Cəzira” telekanalının bağlanılması tələbi ilə BMT-yə müraciət edib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəhbərliyi BMT-nin insan hüquqları üzrə Ali Komissarı Zeyd Rəad əl-Hüseynə müraciət ünvanlayıb.
Bizimsesimiz.info “Report”- a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin WAM İnformasiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, sənəddə bir sıra ərəb dövlətinin “Əl-Cəzira” telekanalının bağlanılmasına dair tələbi dəstəklənir.
“Söz azadlığı ekstremizmin müdafiəsi və haqlı çıxarılması üçün istifadə edilə bilməz”, – müraciətdə deyilir.