BƏƏ Luvr üçün Fransaya 525 milyon dollar ödəyəcək

Bizimsesimiz.info  // Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Abu-Dabidə Luvr adlı muzey açıb. Açılış mərasimində Fransa prezidenti Emanuel Makron da iştirak edib.

SalamNews “RFİ” saytına istinadla xəbər verir ki, muzeydə Vinsent van Qoq, Leonardo da Vinçi və digər məşhur rəssamların 300-ə yaxın əsərləri sərgilənəcək.

Muzeyin tikintisinə 2007-ci ildə başlanılıb. Ancaq maddi problemlərlə bağlı tikinti 5 il gecikmə ilə başa çatıb.

Luvr muzeyinin adını istifadə etdiyi üçün BƏƏ Fransaya 525 milyon dollar ödəyəcək.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.