Bizimsesimiz.info  // Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti,  Baş naziri və Dubay hökmdarı Məhəmməd bin Rəşid Əl-Məktumun qızı şahzadə Lətifə 3 il ərzində həbsxanada qaldığını və atasının ona işgəncə verdiyini iddia etdi.

“Daily Mail” qəzetinin xəbərinə görə, 33 yaşlı Lətifə bir fransız xəviyyəsi tərəfindən qaçırılaraq xilas olduğunu bildirir.

Gənc qadın indi  Hind Okeanının cənubunda bir yaxtada gizləndiyini qeyd edir.

Şahzadə Lətifə çəkdiyi video materiallarda da ailəsinin və atasının ona qarşı olan işgəncələrindən danışaraq: “Bizim  güman etdiyiniz kimi heç bir azadlığımız yox idi. Küçəyə çıxmaq qadağası vardı. Saraydan çıxanda müşahidə altında idim və evə müəyyən bir saatda dönməliydim. Anam məndən gündəlik hesabat alırdı və əlbəttə ki, sürücüdən hara getdiyimizi öyrənirdi. Sürücü atamın ofisinə də bu hesabatları göndərirdi” deyir.

İlk olaraq 16 yaşında qaçmağa cəhd göstərən şahzadə Lətifə bu təşəbbüsünün uğursuzluqla nəticələnməsindən sonra dəfələrlə işgəncəyə məruz qaldığını qeyd edir.

Atasının adamlarının ona işgəncə verdiyini bildirən Lətifə Dubayda 3 il 4 ay həbsdə qaldığını, həbsdən çıxandan sonra bir daha pasportunun ona verilmədiyini, 2000-ci ildən bu yana xarici  ölkələrə səfər etmədiyini, avtomobil idarə etməyə icazəsi olmadığını, bütün hərəkətlərinin  müşahidə altında tutulduğunu bildirir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here