Bəhreyndə 4 ölkənin hərbi baza quracağı irəli sürülüb
Bizimsesimiz.info // Qətərə sanksiya tətbiq edən 4 ölkənin Bəhreyndə hərbi baza qurmağı planlaşdırdığı irəli sürülüb.
Misir dövlətinə məxsus Əl-Əhram əl-Arabi jurnalının internet səhifəsində yer tutan xəbərə əsasən, Qətər Səudiyyə Ədəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin istəklərini 72 saatda yerinə yetirməyəcəyi təqdirdə 4 ölkə bir sıra tədbirlərə müraciət edəcək.
Yüksək səviyyəli ərəb mənbələrə əsaslandırılan xəbərdə qeyd olunub ki, iqtisadi sanksiyanın genişləndirilməsi, Qətərin Körfəz Əməkdaşlığı Şurası üzvlüyü ilə sanksiyanı tətbiq edən ölkələrdəki varlıqlarını dondurmaları həmin tədbirlər arasındadır.
Bu çərçivədə Bəhreyndə hərbi baza qurulması planının da olduğu qeyd edilib.
Həmin tədbirlərin görüləyəci təqdirdə Misirin ilk dəfə Körfəz bölgəsində hərbi mövcudluğu olacağına diqqət çəkilib.
Səudiyyə Ədəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn ölkələrinin hava məkanlarını Qətərə bağlayaraq, qətərli diplomatların 48 saat ərzində ölkələrindən ayrılmasını istəmişdi.