“Bərzani odla oynayır”

Bizimsesimiz.info // Türkiyə Respublikası Baş nazirinin müavini Bəkir Bozdağ İraq Kürd Regional İdarənin rəhbəri Məsud Bərzaninin sentyabrın  25-də dırnaqarası referendum keçirmə qərarı qəbul edərək, odla oynadığını söylədi.

Bəkir Bozdağ Ankarada Anadolu Nəşriyyatlar Birliyinin təşkil etdiyi “Beynəlxalq Turizm və Demokratiya Qurultayı Media Fəaliyyəti”ndə iştirak edib.

Tədbir zamanı çıxış edən Bozdağ Bərzaninin referendum qərarına toxunaraq deyib ki, referundum qərarı təhlükəli bir addımdır. Düzgün iş görülmür. Bərzani odla oynayır. Bu od əvvəl Bərzanini yandırar, sonra da  özgələrini. Düzgün olan şey bu qərardan daşınmaqdır, məntiqli olmaq və referendum qərarını ləğv etməkdir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir