Bağdad Türkiyə və İranı İraq Kürdüstanı ilə sərhədi bağlamağa çağırıb

 Bizimsesimiz.info // Iraq Türkiyə və İrandan müstəqillik referendumunun keçirildiyi Iraq Kürdüstanı ilə sərhəd-keçid məntəqələrini bağlamağı xahiş edib.

SalamNews “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, İraqın Xarici İşlər Nazirliyi İraq Kürdüstanı ilə keçid məntəqəsini bağlamaq və neft tədarükünü məhdudlaşdırmaq istəyi ilə Türkiyə və İranın səfirliklərinə rəsmi müraciət ünvanlayıb.