Bahçelidən Ərdoğana dəstək: “Arazı ayırdılar, hətta qopardılar”

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlet Bahçeli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda Zəfər paradında bayatının söylənməsini dəstəkləyib.

Bizimsesimiz.info xəbər verir ki, o, bu barədə öz tvitter səhifəsində yazıb:

“Bu dəfə mən də səslənirəm:

Arazı ayırdılar,
Mil ilə doyurdular.
Mən səndən ayrılmazdım,
Zor ilə ayırdılar.
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın.

Bu şeirin harası yanlışdır? Ermənistana açıq dəstək verənlər bizə nə danışırlar? Arazı ayırdılar, hətta qopardılar”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.