Bakı meriyası Qarabağ mitinqinə icazə verdi
Qarabağ Komitəsinin Qarabağ mitinqinin keçirilməsi ilə bağlı müraciətinə bu gün saat 15.00 radələrində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müsbət cavab verilib.
Musavat.com-a verilən məlumata görə, BŞİH-dən verilən cavabda göstərilir ki, Qarabağ mitinqinə icazə verilib.
Mitinq 2018-ci il sentyabrın 29-da, saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində, ”İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək.
Qarabağ Komitəsinin mətbuat xidmətinin yaydığı müraciətdə deyilir: “Hamını Qarabağ mitinqinə çağırırıq. Gəlin bir yerdə olaq, Qarabağımıza azadlıq tələb edək. “Qarabağa azadlıq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ya Qarabağ, ya ölüm!”, “Qarabağ təcili azad edilməlidir!”, “Erməni murdarları torpaqlarımızdan dərhal rədd olub getməlidirlər!” – budur şüar və tələblərimiz”.