Bizimsesimiz.info // Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun ilk rəsmi səfəri 30 oktyabrda Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Kvirikaşvili iştirakı ilə reallaşacaq.

Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiya naziri Əhməd Arslan  İstanbulda təşkil edilən tədbirdə üç ölkənin dövlət başçılarının iştirak edəcəyi ilk səfərin Azərbaycanın paytaxtı Bakıdan başlanacağını söyləyib.

Qatar səfərlərinin başlanması ilə sadəcə qətərin hərəkət etməyəcəyini dilə gətirən nazir bununla bölgənin taleyinin müsbət istiqamətdə dəyişəcəyini bildirib.

Bu xəttin Türkiyənin Ədirnə şəhərindən Avrapaya çatdırılacağını qeyd edən nazir Arslan dəmir yolunu Qars şəhərində logistik mərkəzi ilə gücləndirəcəklərini qeyd edərək, Ardahan şəhərinə dəmir yolu bağlantısı edərək bu şəhərə də fəallıq qazandıracaqlarını vurğulayıb.

Arslan İran, Azərbaycan və Türkiyə arasında dəmir yolu çəkəcəklərini də söyləyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here