Bakıda əməkhaqqılarını ala bilməyən 4 fəhlə intihara cəhd edib- FOTO – VİDEO

“Xətai life” tikinti şirkətinin 4 əməkdaşı intihara cəhd edib.

“Report”un hadisə yerində olan əməkdaşının məlumatına görə, fəhlələr şirkətin Süleyman Vəzirov küçəsi-17 ünvanında inşa etdirdiyi yaşayış binasının üst hissəsinə çıxaraq özlərini yerə atacaqlarını bildiriblər. Onlar bu addımı əməkhaqlarının verilməməsi ilə izah edib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin işçiləri intihara cəhd edən şəxsləri bu fikirdən daşındıraraq aşağı düşürüblər.

Hadisə yerinə tikinti şirkətinin əməkdaşı da gəlib.


https://youtu.be/sbMM24XIV7Q

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir