Bakıda bayram namazı qılındı – FOTOLAR

Bu gün Bakının “Təzəpir” məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

Bizimsesimiz.info xəbər verir ki, APA-nın məlumatına görə, “Təzəpir” məscidində bayram namazını Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qıldırıb.
Bayram namazında İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətül-islam Ocaq Nejad ağa və İran səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.
Xatırladaq ki, iyulun 20-si və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

 

1 COMMENTS

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir