Bakıda İslam incəsənəti mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bizimsesimiz.info // Bakıda oktyabrın 9-da “İslam incəsənəti XXI əsrdə: ənənə və müasirlik” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Bizimsesimiz.info SalamNews-a istinadla xəbər verir ki, tədbir AMEA-nın əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə reallaşdırılacaq.
Beynəlxalq konfransda “İslam mədəniyyəti kontekstində türk incəsənətinin dövrləşdirilməsi”, “Musiqi türkologiyasının mental modelləri”, “İslam mədəniyyətində bədii üslublar”, “Orta əsrlər Azərbaycan şəhərlərinin məhəllələri” və digər mövzularda məruzələr dinləniləcək.