İyulun 8-də kabinetində dünyasını dəyişən 43 saylı Mənzil kommunal istismar sahəsinin rəisi Yusif Əhmədovun Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin yaxın adamı olduğu bildirilir.

İmam Hüseyn məscidinin axundu Hacı Əbdül isə bildirib ki, Y.Əhmədov Hacı Cavad məscidinin sökülməsində fəal iştirak edib.

Xatırladaq ki, məscid 43 saylı Mənzil istismar sahəsinin ərazisində yerləşib.

*   *   *

12:40

Yasamal rayonundakı 43 saylı Mənzil kommunal istismar sahəsinin (“JEK”) rəisi Yusif Əhmədov iş otağında dünyasını dəyişib.

Bu barədə virtualaz.org saytına həmin “JEK”-dən məlumat veriblər.

Xəbərdə deyilir ki, Y.Əhmədov ürək tutmasından keçinib.

Qeyd edək ki, sosial şəbəkələrdə məhrumun “Hacı Cavad” məscidinin sökülməsində iştirak etdiyi yazılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here