Bakıda “Şəhəryıxma Komitəsi”
Vaxtilə Bakını altını üstünə çevirən, düz 20 il şəhəri qarış-qarış satan keçmiş mer Hacıbala Abutalıbov indi yalan olub, əksinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ona sağlığında rəhmət oxutmaqdadır. Abutalıbov heç olmasa bəzi hallarda paytaxtın abadlığı, nizam-intizamı, tikinti normativləri üçün müəyyən düzgün addımlar atırdısa, hazırda komitə şəhəri tamamilə bərbad vəziyyətə salmaqdadır.
Reportyor.info bildirir ki, komitənin sədri Anar Quliyevlə onun 1-ci müavini Namiq Hümmətov Bakıda eninə-uzununa bütün tikinti normativlərinin kobud şəkildə pozulmasına şərait yaradırlar, göz yumurlar. Bununla həm şəhərin arxitekturası, memarlıq quruluşu terror edilir, həm də qanunsuzluğa yol verilir. Hərçənd prezident İlham Əliyev bir neçə dəfə qanunsuz tikintilər haqda sərt danışıb, şəhərin arxitekturasına kobud müdaxilə ilə bağlı xəbərdarlıq edib. Lakin görünən budur ki, komitə sədri Anar Quliyev və müavini Namiq Hümmətov tandemi bu tapşırıqları qulaqardı edərək öz işindədirlər. Artıq Bakının rayonlarının icra başçıları və Meriya da bu prosesdə az qala səlahiyyətsiz qurumlara çevriliblər, çünki bütün tikinti məsələlərinə Şəhərsalma komitəsi nəzarət edir, sərəncam verir. Amma adından, fərqli olaraq, bu komitəni Şəhərsalma deyil, şəhərdağıtma kimi təqdim etmək daha məntiqli görünərdi. Buna dair çoxsaylı faktlar göstərmək olar. Biz isə sadəcə, bir sübut təqdim etməklə ümumi mənzərəni diqqətə çatdırmaq istəyirik. Belə ki, şəhərin Badamdar şosesi 140 ünvanında fotolardan da gördüyünüz kimi heç bir tikinti normativlərinə əmək olunmayıb. Birincisi, obyekt neft quyusu üstündə tikilib və şəhərsalma dərhal bu məsələni əsas götürərək icazə verməməli idi. İkincisi, tikili qonşu divara tam bitişikdir. Bunu da komitə sədri Anar Quliyevlə müavini Namiq Hümmətov görməzdən gəliblər. Biz niyə məhz komitə sədri və müavini deyə qeyd edirik, çünki qurumda bütün tikintilərlə bağlı rəsmi, eləcə də qeyri-rəsmi məsələləri rəhbər postda olan bu iki şəxs həll edir.
Badamdarda yerləşən tikintiyə gəlincə, nə neft quyusu üstündə olması, nə qonşu divara bitişik tikilməsi nəzərə alınmayıb. Beləliklə, bütün normativlər pozulub. Üstəgəl, sözügedən ünvanda həmin obyekt qeyri-yaşayış tikilisidir. İnsanlar da şikayət edirlər ki, sabah orada kafe-çayxana açılacaq, səs-küydən, əcaib səslərdən, söyüşlərdən evlərində rahat otura bilməyəcəklər. Bəs, görəsən şəhərsalma komitəsi hara baxır? Ümumiyyətlə, tək bu deyil, Bakıda yüzlərlə belə tikili var və komitə şəhəri Abutalıbovdan da betər günə salıb.
They seem to put a lot of emphasis on the purity of their SARMs, but after frantically searching for lab results, I couldn t even find a simple CoA Certificate of Analysis, not even from China where these vendors usually get them from ivermectin amazon Serious Use Alternative 1 verapamil will increase the level or effect of entrectinib by affecting hepatic intestinal enzyme CYP3A4 metabolism
where to buy stromectol uk Subsequent KANJINTI maintenance doses should be administered 7 days or 21 days later according to the weekly or three weekly schedules, respectively
purchase lasix In past models 9, 11, 12, sodium intake is treated as an independent variable, however, for simulations involving changes in sodium excretion, sodium intake is needed to vary to avoid sodium wasting
where to buy cialis online Noor NS, Kaus NHM, Szewczuk MR, Hamid SBS
With ICSI- IVF, the embryologist takes a single sperm and injects it directly into an egg how can i buy priligy in usa The methods of the present invention can be practiced in conjunction with any other method used by the skilled practitioner to prognose the recurrence of a sarcoma and or the survival of a subject being treated for a sarcoma