Neft bumunun başa çatması və milli valyutanın məzənnəsinin sürətlə ucuzlaşmasından sonra iqtisadiyyatın müəyyən sahələrində geriləmələr ciddi şəkildə hiss olunmağa başladı. Xüsusilə alıcı qıtlığından əziyyət çəkən ticarət və iaşə obyektləri, brend mağazalar qapandı və hər gün qapanmaqda da davam edir.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a bunun səbəblərini açıqlayıb:

“Əhalinin alıcılıq qabiliyyəti kəskin surətdə aşağı düşüb. Digər tərəfdən, çoxsaylı dövlət məmurlarının gizlin işlərinin ifşa olunması da buna səbəb olan amillərdəndir. Bütün bunlar onların haqlı olaraq həbsxanlara düşməsinə gətirib çıxardı. Heç kimə sirr deyil ki, brend mağazaların böyük əksəriyyəti dövlət məmurlarına məxsusdur. Sahibləri azadlıqdan məhrum olunduğuna görə, mağazalarına da həbs qoyulub, yaxud sadəcə bağlanıb”.

AİB sədri bildirib ki, manatın məzənnəsinin ucuzlaşmasından sonra əhalinin alıcılıq qabiliyyəti də aşağı düşüb:

“Bahalaşma davam edir, vəziyyət yaxşı deyil. Bazar iqtisadiyyatı şəraitində dövlət bu məsələyə müdaxilə edə bilməz. Əgər baryerlər aradan götürülərsə, vəziyyət düzələ bilər”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here