Bakıya gələn turist 1 gün sonra öldü
Gürcüstandan Azərbaycana gələn turist vəfat edib.
Enter.News-un əldə etdiyi məlumata görə, oktyabrın 5-də Bakıya gələn Gürcüstan vətəndaşı, 1982-ci il təvəllüdlü Zurab Kaçarava qəfildən ölüb.
Onun meyiti kirayədə yaşadığı Badamdar qəsəbəsindəki evdən tapılıb. Meyit müayinə olunması üçün ekspertizaya göndərilib.