“Baku Open” şahmat turnirində yeddi turdan sonra dörd nəfər ilk dördlükdə qərarlaşıb

“Baku Open” beynəlxalq şahmat turnirinin 7-ci turundan sonra dörd nəfər liderlik edir.

Yeddi turdan sonra 7 mümkün xaldan 6 xal toplayan Azərbaycan şahmatçıları Qədir Hüseynov, Eltac Səfərli, eləcə də Ukrayna təmsilçisi Eldar Həsənov və Rusiya idmançısı Jamsaran Tsıdıpov ilk dördlükdə qərarlaşıblar.

Noyabrın 24-də start götürən və İsveçrə sistemi üzrə keçirilən turnirdə Azərbaycan ilə yanaşı, Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan 156 şahmatçı mübarizə aparır. İştirakçılardan 16-sı qrossmeysterdir.

Turnirə dekabrın 2-də yekun vurulacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir