Banqladeşlə Myanma hökumətləri arasında razılıq əldə edilib
Bizimsesimiz.info // Banqladeş ilə Myanma qaçqınların geri qaytarılması üzrə planla bağlı razılığa gəliblər.
SalamNews “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Banqladeşin xarici işlər naziri Abul Həsən Mahmud Əli deyib.
O bildirib ki, Banqladeş və Myanma hökumətləri bu gün qaçqınların geri qaytarılması üçün işçi qrupunun yaradılması ilə bağlı razılığa gəliblər: “Qaçqın böhranının sülh yolu ilə həll edilməsini arzulayırıq”.