Bizimsesimiz.info // “Barselona” Beynəlxalq Çempionlar Kubokunda “Yuventus”a qalib gəlib.

“Report” xəbər verir ki, görüş Amerikanın İst-Ruterford şəhərində baş tutub və görüş kataloniyalıların 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Matçı stadionda 82 min 104 tamaşaçı izləyib.

Oyunun 15-ci dəqiqəsində Neymar ispan komandasını hesabda irəli çıxarıb, birinci hissənin ortalarında isə braziliyalı hücumçu dublunu rəsmiləşdirib.

“Yuventus”un müdafiəçisi Corco Kyellini 62-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb, lakin turinlilər bundan artığına nail ola bilməyiblər.

Turnirin növbəti oyununda “Barselona” “Mançester Yunayted”lə, “Yuventus” PSJ ilə qarşılaşacaq. Hər iki oyun iyulun 27-də keçiriləcək.

Beynəlxalq Çempionlar Kuboku
“Barselona” – “Yuventus” – 2:1
1:0 – Neymar – 15, 2:0 – Neymar – 26, 2:1 – Kyellini – 63

https://www.youtube.com/watch?v=sHvV206dqTc

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here