Makedoniya hökuməti dövlətin adını dəyişdirməyə hazırdır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu Makedoniyanın Baş naziri Zoran Zayev bildirib.

O deyib ki, bu məsələ ilə bağlı Yunanıstanla razılıq əldə edilməsini istəyirlər. Z.Zayevin sözlərinə görə, tərəflər ölkənin adını Şimali Makedoniya, Yeni Makedoniya və ya Yuxarı Makedoniya adlandırılmasında razılaşa bilərlər.

Hökumət Makedoniyalı İsgəndərin şərəfinə adlanan hava limanı və şosenin adlarını artıq dəyişib. Hava limanının “Skopya Beynəlxalq Hava Limanı”, şosenin isə “Dostluq” adlandırılmasına dair qərar qəbul edib.

Qeyd edək ki, Makedoniya adı dövlətin Avropa İttifaqı və NATO-ya üzvlüyünə mane olur. Rəsmi Afina eyni adlı ərazinin Yunanıstanda olduğunu əsas göstərərk, rəsmi Skopyedən dövlətin adının dəyişdirlməsini tələb edir. Yunanıstanın vetosuna görə Makedoniya həmin qurumlara üzv qəbul olunmur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here