Bizimsesimiz.info  // Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Hulusi Akar vә Milli Kәşfiyyat İdarәsinin rәhbәri Hakan Fidan Rusiyaya sәfәr ediblәr.

Mәlumata görә, Hulusi Akar vә Hakan Fidanın Moskvada Rusiya Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi ilә keçirilәcәyi görüşdә regional tәhlükәsizlik, Suriyadakı son vәziyyәt vә Astana/Cenevrә prosesi müzakirә olunacaq.

Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahı mәlumat yayıb.

‘‘Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Hulusi Akar vә Milli Kәşfiyyat İdarәsinin rәhbәri Hakan Fidan 2018-ci il yanvarın 18-dә Rusiya Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Valeri Gerasimovla  regional tәhlükәsizlik, Suriyadakı son vәziyyәt vә Astana/Cenevrә prosesini müzakirә etmәk üçün Moskvaya sәfәr ediblәr” deyә mәlumatda vurğulanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here